Bakıda daha iki məhkum xəstəlikdən öldü

Bakıda daha iki məhkum ölüb.

Yenicag.az xəbər verir ki, hadisə Penitensiar xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Orada saxlanılan Rauf Nuhbala oğlu Cəfərov və Ənvər Niyazi oğlu Paşayev dünyasını dəyişiblər.

Onların xəstəlikdən öldükləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.