Bakıda daş karxanasında işçilərin pulları oğurlanıb.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Qaradağ rayonu ərazisində yerləşən daş karxanasında otaqların birində orada işləyən 5 nəfərin 1000 manata yaxın pullarının və mobil telefonlarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini Nadir Ağamaliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.