Bakıda dayanacaqda minik avtomobili YANDI

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi və dayanacaqda olan digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;