Bakıda DƏHŞƏT: 13 yaşlı qız uşaq dünyaya gətirdi – AÇIQLAMA / YENİLƏNDİ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda 13 yaşlı qızın ana olması ilə bağlı açıqlama verib.

Qurumdan Yenicag.az-a bildirib ki, ötən gün saat 13:30 radələrində Sabunçu rayonundan ev şəraitində doğuş hadisəsinin baş verməsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub:

“Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yeni doğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub.

Hazırda ana və uşağın vəziyyəti stabildir, tibb müəssisəsində müalicələri davam etdirilir. Uşağın çəkisi 3 600 qramdır.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib”.

***

09:46

Bakıda 13 yaşlı qız ana olub.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

K.Ağazadə deyib ki, həmin qız ötən gün ev şəraitində körpəni dünyaya gətirib:

“Ana xəstəxanaya yerləşdirilib, körpə də sağdır”.

13 yaşlı qız bildirib ki, o, təcavüzə uğraması nəticəsində hamilə qalıb.