Bakıda gənc oğlan küçədə bıçaqlanıb.
Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Bakı şəhər sakini 1993-cü il təvəllüdlü İlkin Hüseynov küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
O ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılaraq əməliyyat olunub, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.