Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bakıda dəhşət - Bağban ər-arvadı qətlə yetirib, avtomobilin yük yerində gizlətdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlqar Xancanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yenicag.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən polis əməkdaşları bildiriblər ki, hadisə günü yolda İ.Xancanovun idarə etdiyi avtomobilə “saxla” işarəsi versələr də, sürücü maşını saxlamayıb: “Bir qədər gedəndən sonra avtomobilin təkəri partladı. Biz ora yaxınlaşıb, maşının yük yerini açanda iki nəfərin meyitini gördük”.

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası mayın 13-nə təyin edilib.

İttihama görə, ötən ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi Arzu Şuşalı və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Tanınmış həkim A.Şuşalı isə xəstəxanada dünyasını dəyişib.

www.yenicag.az

1152