Bakıda dəhşət! Bir aylıq körpə faciəvi şəkildə öldü

BabyfüßeBakının Qaradağ rayonunda faciəli hadisə baş verib.

Hadisə rayonun Qobustan qəsəbəsi, massiv 8, ev 48 ünvanında qeydə alınıb.

2016-ci ilin yanvarın 3-də dünyaya gələn Bahar Şahin qızı Babayeva beşikdən yıxılıb. O, kəllə-beyin travması ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Nevrocərrahiyə şöbəsinə gətirilib.

1 aylıq körpəyə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Körpə xəstəxanada ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.