Sabunçu rayonunda mübahisə zəmnində bıçaqlanma hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Südçülük sovxozunda yaşayan kişi həyat yoldaşı, 1978-ci il təvəllüdlü Vəliyeva Mətanət Akif qızına bıçaqla xəsarət yetirib.
Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. (oxu.az)