Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda DƏHŞƏT: Əvvəl oğlu və gəlinini, sonra özünü baltaladı

Bakıda kişi oğluna və gəlininə balta ilə xəsarət yetirib.

Yenicag.az APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, ailə münaqişəsi zəminində Mehdi İsmayılov oğlu, 1987-ci il təvəllüdlü Rəşad İsmayılova baş nahiyəsindən, gəlini, 1985-ci il təvəllüdlü Cəmilə Babayevaya isə bədən nahiyəsindən balta ilə xəsarət yetirib.

Bundan sonra qayınata özünə də balta ilə xəsarət yetirib.

Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

Baş nahiyəsindən ağır xəsarət alan Rəşad İsmayılovun vəziyyətinin ağır olduğu bildirilir.

www.yenicag.az

228