Bakıda dəhşət – İt 4 yaşlı uşağın üzünü parçaladı – +13/FOTOLAR

Bakıda Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb.

Yenicag.az-ın məlumatına görə, it uşağın yanaq nahiyəsini parçalayıb. İt quduz olduğu üçün uşağı dişləyən kimi ölüb.

Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da 1 saylı Klinik xəstəxanaya aparılıb.

H. Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.

Hazırda müalicəsi davam etdirilir./Unikal.org/