Reklam: High Technic
hightechnic

Bakıda dəhşət:  Lift qəzasında ölən xadimənin kimliyi bilindi - FOTOLAR/YENİLƏNDİ

Liftin qırılması nəticəsində dünyasını dəyişən xadimənin kimliyi məlum olub.

Yenicag.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ölən qadın Mahirə Yusifovadır. Bu dəqiqələrdə qadının nəşi binadan çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.

Faktla bağlı istintaq başladılıb.

***

13:33

Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

Yenicag.az xəbər verir ki, 5-ci mikrorayonda Asif Məhərrəmov 44a ünvanında yerləşən yaşayış binasının təmirdə olan lifti zənciri qırılaraq 10-cu mərtəbədən şaxtaya düşüb. Bu zaman aşağıda təmizlik işləri aparan xadimə liftin altında qalıb. Onun elə hadisə yerindəcə keçindiyi bildirilir.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib.

Həşim Səhrablı

www.yenicag.az

4928