!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda DƏHŞƏT - Polis sevgilisini öldürdü - TƏFƏRRÜAT / YENİLƏNDİ

!Reklam – Yazi

Mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı sevgilisini öldürərək intihara cəhd edib.

Yasamal rayon Polis İdarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov yaşadığı Yasamal rayonu, 1055-ci məhəllə, 7 saylı binaya gələrək, binanın 14-cü mərtəbəsində kirayə yaşayan, qonşusu 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qısqanclıq zəminində qətlə yetirib.

Polis əməkdaşı qadını qətlə yetirəndən sonra onun yaşadığı binanın balkonuna çıxaraq özünü güllələyib. Polis əməkdaşı özünü güllələdikdən sonra balkondan atılmaq istəyib, lakin paltarı balkonun sürahisinə ilişdiyindən oradan asılı qalıb. Polisin hadisəni törətdiyi tabel silahı binanın həyətindən tapılıb.

Məlumata görə, qətlə yetirilən qadın həyat yoldaşından ayrı, azyaşlı qızı ilə yaşayırmış.

***

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.

Məlumatda bildirilib ki, bu gün – mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib.

H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

***

Daxili İşlər Nazirliyinin əməkdaşı özünü və sevgilisini xidməti silahla öldürüb.

Hadisə bu gün səhər saatlarında, Yasamal rayonu ərazisində qeydə alınıb.

Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin Həsən adlı təhqiqatçısı idarənin yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə xidməti silahla sevgilisini qətlə yetirib. Daha sonra həmin silahla özünü güllələyərək intihar edib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib. Faktla bağlı araşdırma aparılır./Qafqazinfo/

www.yenicag.az

1162
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv