Bakıda DƏHŞƏT: Qadın evinə qonaq getdiyi kişini bıçaqladı

Bakıda qadın tanışını bıçaqlayıb.

Yenicag.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Yelena Bukitayeva evinə qonaq getdiyi tanışı, 1973-cü il təvəllüdlü Xəzər Hacıyevi bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, qadın tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.