!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda DƏHŞƏT: Qardaşının həyətinə qumbara atdı - Evini partlatdı

!Reklam – Yazi

Maştağa sakini qardaşının evinə qumbara atıb. 

DİN-dən Yenicag.az-a verilən xəbərə görə, Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə iyulun 8-də saat 1 radələrində Maştağa qəsəbə sakini R.İsakovun xuliqanlıq zəminində qonşuluqda yaşayan qardaşı Rəşadın həyətinə qumbara atması barədə məlumat daxil olub.

Partlayış nəticəsində evin pəncərə şüşələri sınıb, divarı zədələnib, yerin beton örtüyü dağılıb, xəsarət alan olmayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsakov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.

www.yenicag.az

162
Ads
www.veteninfo.com
!Reklam – Arxiv