Bakıda dəhşət: Qaynı baldızının boğazını kəsərək öldürdü

Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Qaqarin küçəsi, bina 1 ünvanında baş verib.

Belə ki, 1979-cu il təvəllüdlü Aygünəş Kazımova yaşadığı mənzildə qayını ilə mübahisə edib. Daha sonra qayını onun boğazını bıçaqla kəsib.

Hadisə nəticəsində A.Kazımova ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanılıb.

COP29