Bakıda DƏHŞƏT – Sərnişin avtobusu kül oldu

Bakıda sərnişin avtobusunda yanğın olub.

Fövqəladə Hallar nazirliyindən Yenicag.az-a verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

 

“Otoyol” markalı sərnişin avtobusunun yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.