!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda dəhşət - Sevgilisini öldürdü - İntihar etmək istəyir/Yeniləndi

!Reklam – Yazi
Paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində qətl hadisəsi baş verib.

Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilir ki, cinayət iyunun 7-də gecə saatlarında Arif İsmayılov küçəsində qeydə alınıb. Adı hələlik açıqlanmayan qatil 38 yaşlı Mikayılova Kəmalə Hümmət qızına hücum çəkərək ona bir neçə bıçaq zərbəsi endirib.

K.Mikayılova yaralı halda onu bıçaqlayan şəxsdən qurtulmaq üçün tanımadığı qadının evinə sığınıb, lakin bir müddət sonra həmin evdə qanaxmadan ölüb.

Bundan sonra 8-ci Polis bölməsinə 20-ci sahə ərazisində bir nəfərin krana çıxaraq intihar etmək istəməsi ilə bağlı məlumat daxil olub.

Məlum olub ki, intihar etmək istəyən kişi sevgilisini öldürdüyünü qışqırır. Hazırda polis əməkdaşları onu fikrindən yayındırmağa çalışırlar.

İlkin məlumata görə, qətl hadisəsi qısqanclıq zəminində baş verib.

***

13:10

Bakıda 25-30 yaşlarında qadın qətlə yetirilib.

Yenicag.az xəbər verir ki, hadisə Bayılda, 20-ci sahə adlanan ərazidə Arif İsmayılov küçəsi 22 D ünvanında qeydə alınıb.

Belə ki, bıçaq xəsarətləri alan qadın özünü adıçəkilən ünvanda evlərdən birinin həyətinə salıb və elə oradaca dünyasını dəyişib.

Qadının şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb./Report/

www.yenicag.az

5564
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv