Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda dəhşətli cinayət - Metro qarşısında gənc oğlan öldürüldü - TƏFƏRRÜAT/+23FOTO

16:44

Bakıda Nizami metrosu yaxınlığında gənc oğlan bıçaqlanıb.

Yenicag.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, bıçaqlanan  1996-cı il təvəllüdlü Şəmiyev Emin Asif oğlu qanaxmadan hadisə yerindəcə keçinib.

Şahidlərin verdiyi məlumata görə, bıçaqlanmaya  metronun içərisində baş verən mübahisə səbəb olub. Belə ki, bir qızın çiynindən düşən şalı yaşlı bir kişi götürdükdə cinayəti törədən şəxs və onun dostu gülməyə başlayıb. Öldürülən şəxs isə onların gülməsinə iradını bildirib və tərəflər arasında mübahisə düşüb.

Metrodan çıxdıqdan sonra tərəflər arasındakı sözlü mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə ürək nahiyəsindən bir bıçaq zərbəsi alan gənc yerindəcə dünyasını dəyişib.

Əldə etdiyimiz məlumata görə, ölən şəxs Sabirabad rayonundandır və tələbədir.

www.yenicag.az

9471