Bakı şəhərində fərdi yaşayış evi yanıb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
Həyata keçirilən tədbirlər nəticəsində alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğın zamanı iki azyaşlı tüstüdən zəhərlənib. Onlar xəstəxanaya aparılarkən yolda ölüblər.