!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda DƏHŞƏTLİ QƏTL - Hakim arvadını öldürdü - YENİLƏNDİ

!Reklam – Yazi

Baş Prokurorluq Bakıda hakimin qətl törətməsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən bildirilib ki, mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılıb.

Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Sabunçu rayonunda qətl törədilib.

Yenicag.az-ın məlumatına görə, Fəqan Əhmədov həyat yoldaşı Pərvanə Əhmədovanı odlu silahla qətlə yetirib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisəni törətməkdə şübhəli bilinən F.Əhmədov Sabunçu Rayon Məhkəməsinin hakimidir.

www.yenicag.az

1618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv