!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda dəhşətli qətl - Keçmiş məhkum tanışını döyüb öldürdü

!Reklam – Yazi

Bakıda keçmiş məhkum tanışını taxta parçası ilə döyərək öldürüb.

Yenicag.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə sentyabrın 11-də Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, həmin rayonda yaşayan, əvvəllər məhkum olunmuş Bahadur Cəfərov evində münaqişə zəminində Bakı şəhər sakini olan tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyərək qətlə yetirib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə B.Cəfərov saxlanılıb.

www.yenicag.az

1231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv