Bakıda dəhşətli qəza: 2 qadın “Mercedes”in altında qaldı – VİDEO

Bakının Yasamal rayonunda yolu keçmək istəyən 2 qadını maşın vurub.

Yenicag.az xəbər verir ki, hadisə Mətbuat prospektində baş verib.

V.Göyüşov idarə etdiyi “Mercedes” markalı avtomobillə 1966-cı il təvəllüdlü Təranə Ocaqverdiyeva və 1981-ci il təvəllüdlü Gülnamə Şəmmədovaya ağır xəsarət yetirib. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib.

Yaralılar xəstəxanaya aparılıblar. Faktla bağlı Yasamal polisində araşdırma aparılır.