Paytaxtda 4 yaşlı uşaq iritonajlı yük maşınının təkərləri altında qalaraq bir neçə hissəyə bölünüb.
Yenicag.az xəbər verir ki, Movqe.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, piyadavurma Binəqədi rayonu, “Daş bazarı” adlanan ərazidə baş verib.
Yolu keçən uşaq Kamaz markalı yük maşınının təkərləri altında qalıb.
Hadisə yerində 4 yaşlı uşağın yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən nəzarətsiz keçdiyi bildirilib.