Bakıda dəhşətli QƏZA – ANBAAN VİDEO

Bu gün günorta saatlarında Bakının Xətai rayonu, 8 Noyabr prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, hadisə yerinin sağında və solunda yerüstü piyada keçidlərin olmasına baxmayaraq, yolun hərəkət hissəsindən keçən piyadanı avtomobil vurub.
NİİM-in müşahidə kameralarının qeydə aldığı görüntülərdən məlum olur ki, bir çox piyadalar bu yolda olan yerüstü piyada keçidlərindən istifadə etməyib həyatlarını təhlükəyə atırlar.