Bakıda dəhşətli QƏZA – ANBAAN VİDEO

Bakıda baş vermiş piyadavurma hadisəsi kameraya düşüb.

Yenicag.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, “Koroğlu” metrostansiyasının yaxınlığında baş verib.

Yeraltı piyada keçidi olan ərazidə bir nəfər qəfildən yola qaçıb. Bu zaman əsas yolla hərəkətdə olan BMW markalı avtomobil onu vuraraq, arxadan gələn “Galendewagen” markalı maşının önünə atıb.

İkinci maşının sürücüsü əyləci basıb maşını saxlasa da, piyada təkərlərin altında qalıb.

Dəhşətli qəzanın görüntülərini təqdim edirik: