!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda dəhşətli qəza: avtomobil piyadanı vuraraq öldürdü

!Reklam – Yazi

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ziya Bünyadov prospektində (Olimpiya Stadionunun yaxınlığında) qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil yolu keçən piyadanı vurub. Qəza nəticəsində dünyasını dəyişən şəxs piyadalar üçün qadağan olunmuş hissədən yolu keçməyə cəhd edib.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəliblər. Qəza nəticəsində yolda tıxac yaranıb.

Qeyd edək ki, fotonu sosial şəbəkədə jurnalist Pərviz Musayev paylaşıb./Report/

www.yenicag.az

2340
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv