Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda dəhşətli qəza baş verib: 2 ölü-Fotolar

3635fb46c2c1f7d52e6ab849df0bd121Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Zabrat-Maştağa yolunda qeydə alınıb.

VAZ-2172 markalı minik maşını Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşıda gedən və “Azpetrol” şirkətinə məxsus MAN markalı benzindaşıyan avtomobilə arxadan çırpılıb. Qəza nəticəsində minik maşının sürücüsü, 40 yaşlı Ağayev Elman Şirin oğlu və sərnişin, 38 yaşlı Quliyev Rövşən Əhmədağa oğlu hadisə yerində ölüblər, avtomobildəki digər sərnişinlər – 42 yaşlı Əzizov Mirvaleh Mirsaleh oğlu və 33 yaşlı Şərifov Əli Arif oğlu ağır xəsarətlər alıblar. Hər iki yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

İlkin ehtimala görə, qəzaya VAZ-2172 markalı avtomobilin sürücüsünün sürət həddini aşması səbəb olub.

Qeyd edək ki, MAN markalı yük maşını hadisə baş verən vaxt Zabrat-Maştağa yolunda geriyə dönüş edirmiş(APA).

www.yenicag.az

425