Bakıda dəhşətli qəza baş verib: ölən var

скачанные файлыBakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, sentyabrın 13-də saat 02:35 radələrində Salyan şossesində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Musa Həsənov sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2107 markalı avtomobili yolun kənarında dayanan Ağdam rayon sakini, 1961-ci il təvəllüdlü Gürşad Balakişiyevə məxsus QAZ-24 markalı avtomobilə vurub.

Nəticədə VAZ-2107 markalı avtomobilin sərnişini olan qadın hadisə yerində ölüb, M. Həsənov isə xəstəxanaya yerləşdirilib.

Səbail rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.