Bakıda dəhşətli qəza – “Gelandewagen”də yananlardan birinin kimliyi bəlli oldu – Yenilənib+VİDEO

Yenicag.az xəbər verir ki, qəza zamanı iki Türkiyə vətəndaşı ağır yaralanıb. Ər-arvad olan Tekin ailəsindən qadının (adını dəqiqləşdirməyə çalışırıq) hazırda “Semaşko”nun Nevrocərrahiyyə korpusunun reanimasiya şöbəsində olduğu, kişinin (Mustafa Tekin) isə vəziyyətinin daha ağır olması nəzərə alınaraq, Medical Hospitala aparılıb.

***

Qəza nəticəsində “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü və bir piyada ölüb, bir nəfər isə yaralanıb.

“Mercedes Gelandewagen”in sürücüsü Mehdi Əliyev hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.

Qeyd edək ki, hadisə zamanı baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin maşında olması və dünyasını dəyişməsi ilə bağlı yayılmış xəbərlər həqiqəti əks etdirmir(APA).

***

Heydər Əliyev prospektində dəhşətli qəza baş verib.

Yenicag.az saytının hadisə yerindən verdiyi məlumata görə, bu dəqiqələrdə Gelandewagen markalı maşın idarəetməni itirərək, işıq dirəyinə çırpılıb. Qəfildən alışan avtomobil qapılarını açmaq mümkün olmadığından salonda olan 3 nəfər yanaraq, dünyasını dəyişib.

Yenicag.az