Bakıda dəhşətli qəza: Maşınlar bir-birinə girdi, yaralananlar var – YENİLƏNİB

Paytaxtda 3 maşının iştirakı ilə zəncirvari qəza baş verib.

Qəza zamanı 25 yaşlı Naqutin Aleksandr Valerieviç, 23 yaşlı Quliyev Teymur Tofiq oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. A.Naqutinə sol qol, sağ bud sümüyünün sınığı, T.Quliyevə isə qapalı kəllə-beyin travması, sağ topuq nahiyəsinin sınığı diaqnozları qoyulub.

***

22:43

Paytaxtda 3 maşının iştirakı ilə zəncirvari qəza baş verib.

Yenicag.az xəbər verir ki, Bakıda avtoqəza Binəqədi rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.  “BMW” markalı avtomobilin sürücüsünün idarəetməni itirərək əks yola keçib və daha bir “BMW və “Opel” markalı maşınla toqquşub. Hadisə nəticəsində 20 dəqiqəyə yaxın tıxac yaranıb.

Qeyd edək ki, qəzada ölən və yaralananlar barədə məlumat olmasa da, “BMW” markalı avtomobilin qəza zamanı olduqca zədələndiyi bildirilir. Bu baxımdan yaralı və həyatını itirənlərin olması ehtimal olunur. Hal-hazırda hadisə yerinə FHN və təcili yardım xidməti cəlb olunub.