Bakıda dəhşətli qəza: “Niva” belə aşdı – VİDEO

Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb. Prospektdə olan tuneldə “Mercedes” markalı avtomobil sürətlə hərəkətdə olan “Niva”ya dəyib. İdarəetmədən çıxan “Niva” aşıb. Hadisə şahidləri yüngül xəsarətlər alan “Niva”nın sürücüsünə yardım göstəriblər. Avtomobil yarasız hala düşüb. Qəza baş verən əraziyə polis əməkdaşları gəliblər. Müayinələr aparılıb. Sürücünün izahatı alınıb.

Faktla əlaqədar araşdırmalara başlanılıb.