Bakıda dəhşətli qəza: ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, aprelin 26-da saat 20 radələrində Yasamal rayonu ərazisində Füzuli rayon sakini Kərəm Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə K.Əliyevin sərnişini – arvadı Ağgül hadisə yerində ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.