Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bakıda dəhşətli qəza: Sürücünün bədəni parçalandı - FOTOLAR  

Bakının Yasamal rayonunda, Tbilisi prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, içi qumla dolu “Howo” markalı yük avtomobili prospektdə hərəkətdə olarkən aşıb.

Qəzanın artıq təfərrüatları da bəlli olub. Belə ki, qəza zamanı ölən sürücü 1982-ci il təvəllüdlü İmişli rayon sakini Haqverdyev Xalid Əlirza oğludur. O, hadisədən bir qədər əvvəl atası ilə telefonla danışaraq hərəkətdə olan “Howo” markalı yük avtomobilini saxlaya bilmədiyini bildirib.

Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə yük avtomobilinin təkəri sıradan çıxıb. Nəqliyyat vasitəsinə idarəetməni itirən sürücü avtomobili tərk etmək istəyərkən onun təkəri altında qalıb. Onun cəsədi parçalanmış formada müəyyən edilib.

Qəza zamanı daha bir nəfərin öldüyü ehtimal edilir. Əraziyə ağır texnika cəlb edilib. Hadisə zamanı aşmış avtomobildən əraziyə dağılmış qumun təmizlənilməsi və ehtimal edilən ikinci cəsədin axtarışları davam etdirilir.

Qeyd edək ki, yük avtomobilinin aşması nəticəsində yola dağılmış qumun bir hissəsi təmizlənib və hərəkət nisbətən bərpa edilib.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

7339
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
Margin

Seçki 2020
MARGIN-BOTTOM