Xəzər rayonunda yol qəzası baş verib.
Yenicag.az xəbər verir ki, 10-HK-697 dövlət qeydiyyat nişanlı avtomobil Türkandan Zirə istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə yüksək sürətlə hərəkətdə olan “VAZ” aşıb.
Hadisə zamanı sürücü xəsarətlərlə xəstəxanaya çatdırlıb.
Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.