!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda dəhşətli qəza - Zibildaşıyan maşın minik avtomobilinin üstünə aşdı - VİDEO

!Reklam – Yazi

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, hadisə dünən Sabunçu rayonu, Balaxanı-Mehdiabad yolunda qeydə alınıb:

“MAN markalı, “90JK-960” dövlət qeydiyyat nişanlı zibildaşıyan maşın, “Mitsubishi” markalı, “90-TT-928” dövlət qeydiyyat nişanlı və “Volkswagen” markalı, “90-LF-821” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib”.

Rüfət Quliyev qeyd edib ki, hadisə nəticəsində dörd nəfər müxtəlif bədən xəsarəti alıb:

“Faktla bağlı hazırda araşdırma aparılır”.

Qeyd edək ki, maşınlardan biri yararsız hala düşüb.

www.yenicag.az

3266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv