Bakıda DƏHŞƏTLİ QƏZANIN səbəbkarı bu universitetin tələbəsidir – Xaric ediləcək?

Ötən gün Bakıda beş nəfərin ölümü, 26 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzasını törədən Əzizov Mahmud Babagözəl oğlu Bakı Mühəndislik Universitetinin üçüncü kurs tələbəsi olub.

Universitetdən Yenicag.az-a verilən məlumata görə, M.Əzizov dəhşətli hadisədən bir gün qabaq, yəni oktyabrın 12-də universitetdə olub:

Universitetdən bildirilib ki,M.Əzizovun universitetdən xaric edilib-edilməyəcəyi məsələsinə məhkəmənin qərarından sonra yekun cavab veriləcək.