Bakıda dəhşətli yanğın: İçərisi əşya dolu vaqon və köşk külə döndü

Bakıda yanğın faktı qeydə alınıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, paytaxtın Qaradağ rayonunda ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət vaqonun içərisindəki əşyalar və bitişik ümumi sahəsi 20 m² olan köşkün yanar konstruksiyaları yanıb. Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.