Bakıda dəhşətli yanğın – SON DƏQİQƏ+VİDEO

Bakının Nizami rayonu ərazisində güclü yanğın baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Əli Vəliyev küçəsində bir-birinə bitişik yerləşən bir neçə bişinti sexində qeydə alınıb.

Əvvəlcə bir sexdə başlayan yanğın sonradan digərlərini də əhatə edib. Hadisə zamanı obyektlərdə heç kim olmayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğın Mühafizə Xidmətinin canlı qüvvə və 9 texnikası cəlb olunub. Hazırda yanğın lokallaşdırılıb.

Təhlükəsizlik məqsədi ilə yaxınlıqdakı 6 yaşayış binasına elektrik enerjisi verilişi müvəqqəti olaraq dayandırılıb.