!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda dəhşətli yol qəzası- 13 yaralı var

!Reklam – Yazi

İyulun 19-da saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Şahbaz Dadaşovun idarə etdiyi “ZİL” və Vəli Cavadovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.

DİN-in mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, hadisə nəticəsində V.Cavadovun 13 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 12 nəfərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 1 nəfərin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

www.yenicag.az

5580
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv