!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda dəhşətli yol qəzası: bir ailənin 3 üzvü ölüb - ADLAR

!Reklam – Yazi

Bakı şəhəri, Qaradağ rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan bir ailənin üç üzvünün adı məlum olub.

Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Gülnar Zabit qızı İsmayılova və onun 4 yaşlı uşağı Mustafa İsmayıov aldıqları xəsarətdən hadisə yerində vəfat ediblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

08:12

Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Sumqayıt şəhərindən Qaradağa gedən yolda “Kamaz” markalı yük maşını ilə “VAZ-2106” markalı avtomobil toqquşub.

Sürət həddi yüksək olduğundan yük maşını minik avtomobilinin üzərinə aşıb. Nəticədə “VAZ-2106″da olan bir ailənin 3 üzvü – ata, ana və övlad dünyasını dəyişib.

Hazırda ağır yol qəzasında dünyasını dəyişən şəxslərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

4943
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv