Bakıda dələduzluq – Otellərə qənim kəsilib – FOTO

Son vaxtlar Bakıda yerləşən otellərdə və turizm şirkətlərində dələduzluqla məşğul olan şəxslər meydana gəlib.

Yenicag.az-a daxil olan məlumata görə, bir nəfər otellərə gedərək özünü turizm şirkətinin nümayəndəsi kimi qələmə verir. O, bu zaman təcili olaraq xaricdən “gələn” qonaqları üçün otaq rezerv etməyi xahiş edir. Daha sonra həmin qonaqların hava limanından gətirilməsi üçün oteldən transfer sifariş edir. Yolda olarkən transferin sürücüsündən müxtəlif bəhanələrlə 50-100 manat arası pul alır və daha sonra sürücünü hava limanında qoyaraq oradan uzaqlaşır.

Özünü Ruslan kimi təqdim edən şəxs artıq bu üsulla bir neçə otelə qarşı dələduzluq edib. Bu barədə məlumat Bakıda yerləşən əksər otellərə də göndərilib.

COP29