Bakıda dəm qazı daha bir can aldı – III kurs tələbəsi

Bakıda III kurs tələbəsi dəm qazından zəhərlənərək ölüb.

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Mirzə Davud küçəsi, ev 45 ünvanında yerləşən həyət evlərinin birində qeydə alınıb.

Belə ki, Bakı Avrasiya Universitetinin III kurs tələbəsi, 2000-ci il təvəllüdlü Rəhmanova Nigar Taleh qızı yaşadığı evdə dəm qazından boğulub.

N.Bayramova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

COP29