Bakıda dəm qazı daha üç nəfərin həyatına son qoyub.
Bu barədə Yenicag.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, dekabrın 21-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan Siyavuş Fərzəliyev, Sabunçu rayonu ərazisində yaşayan Kəmalə Qarayeva və 2 yaşlı qızı Nərgiz Orucova evlərində dəm qazından zəhərlənərək ölüblər.
Yenicag.az