Bakıda dəmir sexi yandı

Bakıda yanğın hadisəsi qeydə alınıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 150 m² olan dəmir sexinin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​