“Azərbaycan Dəmir Yolları” QSC-də fəhlə işləyən kişini teplovoz vurub.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Nizami rayonunun Keşlə qəsəbəsində 1954-cü il təvəllüdlü Quliyev İslam Məhəmməd oğlu dəmir yol relsləri üzərində təmir işləri aparan zaman baş verib.
Yaralı qapalı kəllə-beyin travması alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi araşdırır.