Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Bakıda doğranmış meyitin kimliyi bilindi

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, fevralın 16-da saat 9 radələrində Binəqədi rayonu ərazisində məişət tullantıları qutusunda hissələrə bölünmüş qadın meyiti tapılıb.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilib. Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.yenicag.az

2426
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM