İkinci devalvasiyadan sonra ölkədə dollar böhranı davam edir. Yenicag.az xəbər verir ki, Bakıdakı əksər valyutadəyişmə məntəqələri dollar satmaqdan imtina edirlər.
Onlar Mərkəzi Bank tərəfindən dollar verilmədiyini iddia edirlər.
Qara bazarda isə dollar artıq 2 manata satılmaqdadır. Artıq 28 may civarında fəaliyyət göstərən “qara bazar”çılar birinci gündən etibarən dolların 2 manatdan baha olacağı şaiyəsini yayaraq, qiyməti 1.57-dən 2.00 manata qaldırıblar.
Mərkəzi Bankdan isə hər zaman olduğu kimi məsələyə münasibət öyrənmək mümkün olmadı.
Ancaq rəsmi məzənnə hələ 1 ABŞ dolları – 1.554 manat olaraq qalmaqdadır. Təəssüf ki, Mərkəzi Bankın daha öncəki fəaliyyəti əhali arasında inamsızlıq yaratması insanları dələduz və işbazların tələsinə doğru sürükləyir.
Nicat/Yenicag.az