Bakıda dondurma oğrusu tutuldu

Bakıda istirahət mərkəzindən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Buzovna qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərinin birindən 500 manat dəyərində dondurma oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Fərid Məlikov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.