Bakıda dönərxanada yanğın oldu

Bakı şəhərinin Xətai rayonunda dönərxanada yanğın olub.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, ümumi sahəsi 20 m² olan dönərxananın dam örtüyünün yanar konstruksiyaları yanıb. Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.