Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Bakıda dörd meyit tapıldı - İkisi qardaşdır - YENİLƏNDİ

Ötən günlər ərzində Bakıda dörd nəfərin meyiti tapılıb.

Yenicag.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Məlumata görə, 07:20 radələrində Nəsimi rayonu 3-cü Alatava, ev 250 ünvanında yerləşən evin qarşısında Məmməd Əmin Rəsulzadə qəsəbə sakini, əvvəllər qarət və qanunsuz narkotik vasitə saxlamağa görə məhkumluğu olan 47 yaşlı Dadaşov Pərviz Nuru oğlunun meyiti tapılıb.

Tapılmış meyitin üzərində hər hansı zorakılıq əlamətləri olmayıb. Ölüm səbəbi araşdırılır.

İki qardaş – 44 yaşlı Yuri və 40 yaşlı Aleksandr Məhərrəmovun meyiti isə aprelin 11-də, 20:30 radələrində Xətai rayonunun Babək prospektində yerləşən 90 saylı yaşayış binasının mənzillərindən birində tapılıb.

Qardaşların artıq dozada narkotik vasitə qəbulundan baş verən zəhərlənmədən öldüyü ehtimal edilir. Hazırda məhkəmə-tibbi ekspertləri qardaşların ölüm səbəbini araşdırır.

Binəqədi rayonunda isə cümə axşamı 51 yaşlı Zeynalov Natiq Zeynal oğlunun meyiti aşkarlanıb, onun üzərində hər hansı zorakılıq əlamətləri olmayıb. Onun səfil həyat tərzi sürdüyü, daimi yaşayış ünvanının olmadığı öyrənilib.

***

11:00

Bakıda evdən iki qardaşın meyiti tapılıb.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Babək prospekti 90, mənzil 25 ünvanında qeydə alınıb. Ötən gün axşam saat 20.21-də həmin ünvandan təcilli yardıma çağırış daxil olub. Daxil olan çağırış əsasında təcili tibbi yardım briqadası ünvana gedib və orada iki qardaşın – 40 yaşlı Yuri və 44 yaşlı Aleksandr Məhərrəmovların öldüyünü müəyyən ediblər. Hadisə barədə Xətai rayon Prokurorluğu məlumatlandırılıb.

Xətai rayon Prokurorluğundan ONA-ya bildirilib ki, daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub.

Ölən şəxslərin yanında şpris aşkar edilib. Ehtimal olunur ki, adıçəkilən şəxslər yüksək dozada narkotikin təsirindən dünyasını dəyişiblər.

Hazırda iki qardaşın ölüm səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar davam etdirilir.

www.yenicag.az

6934